...

Xocavənddə silah-sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 31 Mart 2023 13:13 (UTC +04:00)
Xocavənddə silah-sursat aşkarlanıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, 1 avtomat, 1 snayper tüfəngi, 1 ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti