...

Ağstafada dəmir yolu xətti yaxınlığında meyit aşkar edilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Aprel 2023 19:46 (UTC +04:00)
Ağstafada dəmir yolu xətti yaxınlığında meyit aşkar edilib (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa sakinini qatar vurub öldürüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub.

Dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub.

Hazırda Rayon prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib ki, 4 aprel 2023-cü il tarixində saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyidi aşkar olunub.

Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti