Bakı.
Qusar rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Ləgər kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə və həyətyanı sahədə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb