...

Saatlı sakini kafedə həmkəndlisini bıçaqladı

Hadisə Materials 21 Aprel 2023 11:12 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Saatlıda kafedə bıçaqlanma olub.

Trend-in məlumatına görə, 1986-cı il təvəllüdlü Saatlı rayonu Əlisoltanlı kənd sakini Məhərrəmov Baloğlan Vaqif oğlu yaşadıqları kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğlunun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla vuraraq ona qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası (nazik bağırsağın zədələnməsi), sol bazu, sağ qoluqaltı və sağ dirsək oynağının kəsilmiş yaraları xəsarətlərini yetirib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində 19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti