...

Sumqayıtda 2 yaşlı uşağı maşın vurub öldürdü

Hadisə Materials 24 Aprel 2023 09:13 (UTC +04:00)
Sumqayıtda 2 yaşlı uşağı maşın vurub öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Beton zavod" adlanan ərazidə idarə etdiyi “BMW” markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü Zamanova Xəyalə Dövran qızını vurub, nəticədə Xəyalə Zamanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti