...

Yevlaxda ağır qəza, bir nəfər öldü, sürücü itkin düşdü

Hadisə Materials 29 May 2023 10:09 (UTC +04:00)
Yevlaxda ağır qəza, bir nəfər öldü, sürücü itkin düşdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Kolanı kəndi ərazsində baş verib.

2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlu idarə etdiyi “Mersedes-Benz C 200” markalı avtomobillə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Nəticədə sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər, 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə daxil olub. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadəni isə hadisə yerində aşkar edilməyib. Hadisə “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Sürücü İsmayılzadə Vəfadar Eldar oğlunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti