...

Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə edilib (FOTO/VİDEO)

Hadisə Materials 8 İyun 2023 09:56 (UTC +04:00)
Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, ötən gecə "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti