...

Kürdə batan 3 nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 İyun 2023 22:06 (UTC +04:00)
Kürdə batan 3 nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında 3 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

20:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti