...

Qobustanda beşotaqlı ev yanıb

Hadisə Materials 17 İyun 2023 08:48 (UTC +04:00)
Qobustanda beşotaqlı ev yanıb

Bakı. Trend:

Qobustan rayonunun Sündü kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti