...

Göyçayda gecə saatlarında qazıntı işləri aparan şəxs cərimələnib

Hadisə Materials 19 İyul 2023 18:30 (UTC +04:00)
Göyçayda gecə saatlarında qazıntı işləri aparan şəxs cərimələnib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda ekskavatorla qanunsuz qazıntı aparan şəxs cərimələnib.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindəki dağlıq sahədə gecə saatlarında qazıntı işləri aparıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı 23-B-074 dövlət nömrə nişanlı ekskavator vasitəsilə qazıntı işləri aparılaraq qarışıq süxur daşındığı, eyni zamanda ərazidəki qaratikan kollarının kökündən çıxarıldığı məlum olub.

Faktla bağlı qazıntı işi aparan Ədil Əzizov barəsində akt, protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti