...

Zəngilanda hərbi sursatlar aşkar edilib

Hadisə Materials 27 İyul 2023 09:11 (UTC +04:00)
Zəngilanda hərbi sursatlar aşkar edilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər. Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zəngilan RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti