...

Ucar sakini güllələndi

Hadisə Materials 17 Avqust 2023 13:34 (UTC +04:00)
Ucar sakini güllələndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ucar sakini tir tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T.Tağıyevin tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

İlkin araşdırma hadisənin rayonunun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyini müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti