...

Ağstafada birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 22 Avqust 2023 02:37 (UTC +04:00)
Ağstafada birmərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Ağstafa rayonunun Eynallı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti