...

Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb

Hadisə Materials 18 Sentyabr 2023 21:58 (UTC +04:00)
Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti