...

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Hadisə Materials 14 Oktyabr 2023 21:24 (UTC +04:00)
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Bakı. Trend:

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Tayota Prado” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşaraq yolun kənarındakı kanala aşıb. Nəticədə avtomobildə olan İmişli rayon sakinləri Bayram Cəfərov, Sevil Nuriyeva, Seymur Cəfərov və İlkin Əliyev müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bayram Cəfərovun vəziyyətinin ağır olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti