Bakı. Trend:
Oktyabrın 15-i saat 17:30 radələrində Quba rayonunun Amsar kəndi ərazisində “VAZ-2107” və “GAZ-33021” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, hadisə nəticəsində həmin avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir.