...

Bakıda keçmiş məhkumu qətlə yetirən şəxsə cinayətə işi açıldı

Hadisə Materials 24 Oktyabr 2023 22:32 (UTC +04:00)
Bakıda keçmiş məhkumu qətlə yetirən şəxsə cinayətə işi açıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 24-də 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti