...

Bakıda qamışlıq sahədə yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (VİDEO)

Hadisə Materials 5 Noyabr 2023 15:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Arif İsmayılov küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.

xxx

14:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti