...

Astarada torpaq sürüşməsi intensivləşib, 7 evə gedən yol yuyulub (FOTO)

Hadisə Materials 17 Noyabr 2023 10:34 (UTC +04:00)
Astarada torpaq sürüşməsi intensivləşib, 7 evə gedən yol yuyulub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi evlərə təhlükə yaradıb. Ərazidən keçən Pensərçay torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Çay sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub.

Sakinlər bildirirlər ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və yaşadıqları evləri tərk etmək məcburiyyətində qala bilərlər.

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov Trend-ə bildirib ki, Dövlət Su Ehtiyatları Agentliyi əraziyə baxış keçirib.

"3500 metrə yaxın ərazidə sahil bərkitmə işləri aparılmalıdır. Lakin müvəqqəti işlər aparılıb. Güclü yağışlar yağsa, yenidən təhlükəli vəziyyət yarana bilər".

A.Mahmudov qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinə məlumat verilib.

"Onların hesablamalarına görə sahil bərkitmə işinə 4,4 miyonn manat vəsaitin köçürülməsini gözləyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təbii fəlakətlə bağlı öz rəyini verib. Yeddi evə gedən yol yuyulub. Güclü yağışlar yağsa, vəziyyət daha da pis ola bilər", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti