...

Gürcüstanda azərbaycanlı ər və arvada silahla hücum edən şəxs saxlanıldı

Hadisə Materials 30 Noyabr 2023 11:05 (UTC +04:00)
Gürcüstanda azərbaycanlı ər və arvada silahla hücum edən şəxs saxlanıldı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Kaxeti bölgəsində keçmiş arvadına və onun ərinə hücum edən şəxs saxlanılıb.

Trend bu barədə Gürcüstan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, hadisə Saqareco rayonunun Tüllər kəndində baş verib. Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə keçmiş arvadına çoxsaylı xəsarətlər yetirib, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Ər hadisə yerində ölüb, arvadı isə çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qiyimətləndirilir.

Hadisə ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" və "Adam öldürməyə cəhd" maddələri ilə bağlı cinayət işi açılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti