Bakı. Trend:
Kürdəmir rayonunun Xırdapay kəndində "Mercedes" markalı minik avtomobilinin sürətlər qutusunun yanar hissələri qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.