...

Sabırabadda yük maşını ilə minik avtomobili toqquşdu

Hadisə Materials 26 Dekabr 2023 00:31 (UTC +04:00)
Sabırabadda yük maşını ilə minik avtomobili toqquşdu

Bakı. Trend:

Sabirabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, yük maşını ilə minik avtomobili toqquşub. Hadisə Sabirabad rayonu Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti