...

Qusarda birmərtəbəli ev yanıb

Hadisə Materials 3 Fevral 2024 22:23 (UTC +04:00)
Qusarda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Qusar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Atlıxan kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə, dam örtüyü 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti