...

Sarayda mikroavtobusla yük avtomobili toqquşub (VİDEO)

Hadisə Materials 12 Aprel 2024 11:27 (UTC +04:00)
Sarayda mikroavtobusla yük avtomobili toqquşub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford Transit" markalı mikroavtobus ilə “İsuzu” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford Transit” markalı mikroavtobusun sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2009-cu il təvəllüdlü Orucov Rasim Ramin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti