...

Şəmkir sakini güllələndi: qohumu saxlanıldı

Hadisə Materials 22 May 2024 13:05 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirin Ağlavaşlı kəndində güllələnmə hadisəsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyən olunub.

"O, müvafiq səndələri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib", - Qasımov qeyd edib.

Qeyd edilir ki, saxlanılan Naib Həsənov Mais Ələkbərovun qohumudur.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti