...

Sabirabadda mağazada yanğın olub

Hadisə Materials 3 İyun 2024 08:57 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Beşdəli kəndində ümumi sahəsi 200 m² olan mağazanın içərisində 5 m² sahədə təsərrüfat malları və 3 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan 2 ədəd monitor qarsalanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti