...

Həyətində 100-dən çox çətənə kolu əkən şəxs tutuldu

Hadisə Materials 15 İyun 2024 16:44 (UTC +04:00)
Həyətində 100-dən çox çətənə kolu əkən şəxs tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə polisinin növbəti əməliyyatı zamanı çəkisi 22 kiloqram olan 105 ədəd kultivasiya olunaraq yetişdirilən çətənə kolu aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb.

Onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti