...

Cəlilabadda 7 otaqlı ev yanıb

Hadisə Materials 8 İyul 2024 10:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda 7 otaqlı ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 225 m² olan kürsülü birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti