...

İmişli sakinlərindən sənədsiz 5 ədəd ov tüfəngi götürüldü

Hadisə Materials 27 İyul 2024 08:46 (UTC +04:00)

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.

Şöbədən Trend-ə verilən məlumata görə, aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti