...

Dənizdə bir nəfər batdı: axtarışa helikopterlər cəlb olundu

Hadisə Materials 31 İyul 2024 20:26 (UTC +04:00)
Dənizdə bir nəfər batdı: axtarışa helikopterlər cəlb olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər cəlb olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti