...

Narkotiklərin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 18 Fevral 2025 12:06 (UTC +04:00)
Narkotiklərin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşad Süleymanlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsdən ümumi çəkisi 2 kiloqram olan marixuana, heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, R.Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti