...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 23 May 2025 00:50 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti