Bakı. Trend:
Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan D.H cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirilib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bildirək ki, dövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il 17 dekabrda Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.