...

Sabirabadda birmərtəbəli ev yandı

Hadisə Materials 9 Fevral 2026 07:22 (UTC +04:00)
Sabirabadda birmərtəbəli ev yandı

Bakı. Trend:

Sabirabad rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti