Bakı.Trend:
2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, 18 dəfə toqquşma qaçılmaz olub, nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.
"Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.
ADY bir daha insanlarımızı dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, istisnasız qaydada dəmir yolu keçidlərindən istifadə etməyə, qayda və tələbləri gözləməyə çağırır", - məlumatda bildirilib.
