...

Bərdədə yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 13 Fevral 2026 10:06 (UTC +04:00)
Bərdədə yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

12.02.2026-cı il tarixdə saat 20:15 radələrində baş verən yol-nəqliyyat hadisəsilə bağlı 2 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

"Onlardan 2001-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib.

1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - qurumdan qeyd olunur.

xxx

21:03

Bərdədə bir nəfərin ölümü iki nəfər yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli bürosunun xəbərinə görə, qəza rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Ocaqverdiyev Elməddin aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti