...

AVQUSTUN 18-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 19 Avqust 2005 14:55 (UTC +04:00)

Avqustun 18-də daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 17-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 4 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 5 yanğın hadisəsi qeydə alınıb, yanğın nəticəsində 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 23 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti