...

Sklifosovsk Eİİ-na çatdırılan yaralılar arasında azərbaycanlılar var

Hadisə Materials 23 Fevral 2006 14:41 (UTC +04:00)

Moskvanın Basman bazarının damının uçması nəticəsində zərərçəkənlər arasında azərbaycanlılar var. Bu barədə Trend ə institutun baş şəkiminin müavini Vladimir Şevçuk məlumat verib.

Eİİ-na Əhməd Əliyev, İlham Məmmədov, Elgün Novruzov, Arzu Qafarov və Yadqorova Nuhazra çatdırılıb. Onlarda müxtəlif ağırlıq dərəcədə xəsarət alıblar və xəstələrə lazımi yardım göstərilir. 25 yaşlarında daha bir naməlum şəxs xəstəxanaya gətirilib. Lakin o, xəstəxanada qalmaqdan imtian edib.

V.Şevçukun sözlərinə görə, bu, fevralın 23-ü günün birinci yarısına olan məlumatlardır. Əgər xəstəxanaya yenə yaralılar daxil olarsa, onlara təcili tibbi yardım göstəriləcək.

Xəbər lenti

Xəbər lenti