...

Bakı sakini Şıx çimərliyində boğulub

Hadisə Materials 3 Avqust 2006 17:54 (UTC +04:00)

Avqustun 3-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə 1962-ci il təvəllüdlü Ramazan Müseyib oğlu Həbibovun meyiti tapılıb. Bu barədə Trend ə FHN Sularda Xilasetmə Xidmətindən məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, ərazidə yerləşən "Kaspian" istirahət mərkəzində istirahət edən R.Həbibov ehtiyatsızlıq üzündən suda boğulub.

Faktla əlaqədar Səbail rayon Polis İdarəsinin 8-ci bölməsində araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti