Sentyabrın 7-də axşam Gəncədə "Qatır Məmməd" adlanan ticarət mərkəzində baş verən yanğının nəticələri aradan qaldırılır. Yanğın nəticəsində xəsarət alan yoxdur. Satış obyektlərini itirmiş sahibkarlara "Yeni Gəncə" yaşayış massivində ticarət üçün yer ayrılacaq.
Qeyd edək ki, ticarət mərkəzinin 200 kvadrat metrədək ərazisi tam yararsız hala düşüb. Yanğının səbəbləri məlum deyil, araşdırma aparılıb. Maraqlıdır ki, yarmarkada yanğından mühafizə üçün lazımi tədbirlər görülmədiyindən burada ayrı-ayrı dönəmlərdə müxtəlif dərəcəli yanğınlar baş verib.
Onu da qeyd edək ki, saat 19.14-də başlayan yanğını saat 20.01-də tam söndürmək mümkün olub. Alov ticarət mərkəzinin 200 kvadrat metrədək ərazisini tamamilə yararsız hala salıb. İşəridəki sənaye malları yansa da, alov mənbəyinə yaxın dükanların işçiləri malların bir qismini çıxara biliblər.
İndiyədək 2000 kvadrat metrdən artıq ümumi ərazisi olan və 500 nəfərdən çox ticarətçinin işlədiyi yarmarkada yanğın təhlükəsizliyi ilə bağlı heç bir tədbir g.rülməyib, bu da ticarət mərkəzində vaxtaşırı yanğınların baş verməsinə səbəb olur. Yanğınsöndürən maşınların yarmarkanın ərazisinə girişi üçün də yer yoxdur.