...

Naxçıvanda baş verən sürüşmənin nəticələri aradan qaldırılır

Hadisə Materials 1 Mart 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvanda baş verən sürüşmənin nəticələri aradan qaldırılır. Artıq bununla bağlı əraziyə işçi qüvvəsi cəlb edilib.

Sakinlərin bildirdiyinə görə, hadisə baş verəndən sonra aidiyyatı qurumların nümayəndələri ərazidə olub. Əhalinin gediş-gəlişinin bərpası üçün ilk növbədə ərazidə digər körpünün salınması, sonrakı mərhələdə tamamilə dağılan körpünün bərpa edilməsi nəzərdə tutulub. Hazırda Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti İdarəsinin işçi qüvvəsi bu işləri həyata keçirir. Sakinlər onu da bildiriblər ki, bu ilk sürüşmə deyil və ərazi real sürüşmə zonasıdır. Növbəti dəfə belə halın təkrarlanması zamanı ölümlə nəticələnən tələfatın olması da istisna deyil.

Xatırladaq ki, fevralın 26-da gecə saatlarında Naxçıvan şəhərinin "Qızlar Bulağı" adlanan ərazisində baş verən sürüşmə nəticəsində insan tələfatı qeydə alınmayıb. Yalnız ətrafda olan yaşayış məntəqələrini ərazi ilə birləşdirən körpü dağılıb, yaxınlıqda yerləşən bir neçə evin divarında çatlar əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti