...

Xocavənd rayonu ərazisində avtomobil minaya düşüb

Hadisə Materials 23 May 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/Xocavənd rayonunun "Qarasu" adlanan ərazisində avtomobil minaya düşüb. Daxili İşlər Nazirliyindən çərşənbə günü verilən məlumata görə, Beyləqan rayon sakini Bəhlul Səmədovun idarə etdiyi "QAZ-53" markalı avtomaşın minalanmış sahəyə girib və partlayış baş verib. Hadisə zamanı avtomobildəki sərnişin Sənəm Quliyeva xəsarət alıb, maşın isə tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət almış Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti