...

Beyləqan rayonundakı N saylı hərbi hissəyə məxsus hərbi maşın Lənkəran rayonunda qəzaya uğrayıb

Hadisə Materials 15 Avqust 2007 10:51 (UTC +04:00)
Beyləqan rayonundakı N saylı hərbi hissəyə məxsus hərbi maşın Lənkəran rayonunda qəzaya uğrayıb

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva, P. Əliyeva/ Beyləqan rayonundakı N saylı hərbi hissəyə məxsus hərbi maşın Lənkəran rayonunda qəzaya uğrayıb. Çərşənbə günü Trend ə verilən məlumata görə, "Zil 131" markalı hərbi maşın Lənkəranın Osaküçə kəndindəki meşə massivində odun yığıb hərbi hissəyə qayıdarkən aşıb. Maşındakı əsgərlərdən biri - 1988-ci il təvəllüdlü, Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Şahbazov Mirzəli Mizrab oğlu həlak olub, 8 əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran hərbi hospitalına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağırdır. İlkin məlumatlara görə, hadisəyə sürücünün yol hərəkəti təhlükəsizliyi qaydalarını pozması səbəb olub.

Respublika Hərbi Prokurorluğundan bildirilib ki, faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 351.2-ci (maşınları idarəetmə və istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bundan bir müddət öncə Gədəbəydə və Gəncədə hərbçiləri daşıyan hərbi maşın aşmışdı.

Xəbər lenti

Xəbər lenti