...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb

Hadisə Materials 6 Sentyabr 2007 12:07 (UTC +04:00)
Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından 30 yaşlı Bakı sakini Ələkbərov Vüsal Sabir oğlunun cəsədi çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Tural Müseyibov məlumat verib.

Avqustun 28-i təxminən 18:00 radələrində Bakının Yasamal rayonunda Murtuza Muxtarov 185 ünvanında "Mütəfəkkir" MMC tərəfindən inşa olunan 16 mərtəbəli bina uçub. Dağıntılar altından 20 nəfərin cəsədi çıxarılıb, beş nəfər xəsarət alıb. Binanın dağıtıları altında hələ 6 nəfərin olması güman edilir.

28 avqust 2007-ci il tarixində baş vermiş hadisə faktı üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbyacanın Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 -ci maddəsi ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) cinayət işi qaldırıb, prokurorluğun və FHN-nin əməkdalaından ibarət operativ-istintaq qrupu yaradılıb.

Hadisə ilə əlaqədar olaraq, "Mütəfəkkir" şirkətinin baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, podratçılar Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və üç ay müddətində azadlıqdan məhrum ediliblfr.

Bu gün daha bir nəfər saxlanılıb. Çərşənbə günü Trend ə baş Prokurorluğun mətbuat xidməinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, Yasamal rayon məhkəməsi Bakının İcra Hakimiyyətinin Yaşayış Kooperativi İdarəsinin rəisi Akif Məhərrəmov Azərbaycan Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə üç aylıq bir müddətə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti