Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir X.Murtuzayeva/
ABŞ-ın Şimali Karolina Universitetinin doktoru Qreqori Savitskinin başçılıq etdiyi mütəxəssislərdən ibarət qrup hamıya qədəm qoyduğumuz yeni ildə gəzintini qaçışla əvəz etməyi tövsiyə edib. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" xəbər verir.
Son tədqiqatlar göstərib ki, çox sürətli olmayan qaçış əslində orqanizm üçün daha az yorucudur və əzələlər üçün sürətli yerimədən daha çox faydalıdır.
İş burasındadır ki, təxminən saniyədə iki metr sürətində qaçış baldır əzələlərinin daha effektiv yığılmasına imkan verir. Nəticədə dözümlülük artır. Bu, qaçış yolunda gedən və qaçan adamların əzələlərinin ultrasəs skan edilməsi zamanı sübut olunub.
Habelə mütəxəssisləri orta baldır əzələsinin daban vətərinə necə birləşdiyi maraqlandırıb. Məlum olub ki, daban vətərinin hərəkəti zamanı bizə hərəkəti davam etdirməyə imkan verən enerji azad olur. İnsan sürətlə gedəndə əzələlər daha da gərginləşir, lakin bu zaman az enerji azad olur. Nəticədə dözümlülük azalır. Amma qaçış zamanı əzələlər daha çox enerji azad edərək bu cür yüklənmirlər.