...

Narkomanlarla internetdən asılı olan adamların beynində oxşarlıq var

Maraqlı Materials 15 Yanvar 2012 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir X.Murtuzayeva/

İnternetdən asılı olan insanların beynində narkoman və alkoqol düşkünlərinin beynindəki dəyişikliklər müşahidə olunub. Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, bunu çinli mütəxəssislərin apardıqları ilkin araşdırmalar sübut edir.

Çinin Elm Akademiyasından olan Hao Leinin rəhbərliyi altında aparılan tədqiqat zamanı 14 yaşdan 21 yaşadək olan 35 nəfərin beyninin şəkli çəkilib. Sorğu gənclərin 17-də internetdən asılılıq olduğunu göstərib. Skanetmə isə daxili beyin bağlarında pozuntuların olduğunu aşkara çıxarıb.

Beləliklə, internetdən asılılığı olan adamlarda beyin zonalarında emosiyalar, qərarların qəbulu və özünə nəzarətlə bağlı əsəb liflərinin əlaqəsində pozuntu müşahidə olunub.

London Kral Kolleci yanında Psixiatriya İnstitutunun əməkdaşı Günter Şumanın sözlərinə görə, insanların beyinlərindəki oxşar dəyişikliklərə video oyunlarından asılı olan adamlarda da təsadüf olunur. Ekspertlər qeyd edirlər ki, beynin orbitofrontal qabığında və digər zonalarında qüsurlar narkomanlarda da müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti