...

Ən xoşbəxt miqrantların yaşadığı ölkənin adı məlum olub

Maraqlı Materials 27 Yanvar 2012 12:24 (UTC +04:00)
İspaniya iqtisadiyyatının acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, xoşbəxt və öz həyatından razı olan ən çox sayda miqrantın məhz bu ölkədə yaşadığı məlum olub.
Ən xoşbəxt miqrantların yaşadığı ölkənin adı məlum olub

Azərbaycan, Bakı, 27 yanvar / Trend/

İspaniya iqtisadiyyatının acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, xoşbəxt və öz həyatından razı olan ən çox sayda miqrantın məhz bu ölkədə yaşadığı məlum olub. Trend-in məlumatına görə, bu barədə Prian.ru saytı "The Telegraph" qəzetinə istinadən xəbər verir.

"Lloyds TSB International" şirkətinin əməkdaşlarının apardıqları araşdırmanın nəticələrinə görə, İspaniyada belə vətəndaşların sayı 75,9 faiz təşkil edir.

Kanadada özünü xoşbəxt hesab edən köçkünlərin sayı 72,2 faiz təşkil edir. Almaniyada miqrantların 71,4 faizi xoşbəxtdir.

Xoşbəxtlik gətirən ölkələr reytinqində dördüncü yeri BƏƏ tutur.

Məlum olub ki, yaxşı iqtisadi perspektivlərə malik ölkələrin heç də hamısı miqrantların xoşbəxt yaşayışını təmin etmirlər. Belə ki, Yeni Zelandiyada miqrantlar az qala ən yüksək keyfiyyətli həyat gözlədikləri halda, bu ölkə miqrantların özlərini heç də xoşbəxt hiss etmədiyi və tezliklə tərk etmək istədiyi ölkələrin siyahısında əsas yerlərdən birini tutur.

Buna baxmayaraq, hər hansı başqa ölkə kimi İspaniyaya mühacirət heç də asan başa gəlmir. Gəlmələr tez-tez, xüsusən də ispan dilini bilmirlərsə, öz yerlərini tapmaqda çətinliklərlə üzləşirlər. İspaniyanın iş qabiliyyətinə malik əhalisi arasında işsizliyin səviyyəsi 23 faizə çatır. İş axtarışındakı çətinliklərlə yanaşı, miqrantların həyatını yerli bürokratiya da zəhərləyir.

Xəbər lenti

Xəbər lenti