...

Çay və qəhvə haqqında bilmədiklərimiz

Maraqlı Materials 14 Mart 2012 20:28 (UTC +04:00)
Səhər tezdən içilən qəhvə narahatlıq və stressi aradan qaldırır, düşünmə qabiliyyətini gücləndirir, diqqəti artırır, əhvalı yaxşılaşdırır.
Çay və qəhvə haqqında bilmədiklərimiz

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir X.Murtuzayeva/

Səhər tezdən içilən qəhvə narahatlıq və stressi aradan qaldırır, düşünmə qabiliyyətini gücləndirir, diqqəti artırır, əhvalı yaxşılaşdırır. Bir fincan qəhvənin tərkibində su, protein, şəkər, alkoloidlər və kafein var.

Trend-in məlumatına görə, hər alman ildə 160 litr, yəni orta hesabla 1000 fincan qəhvə içir. Qəhvə sadəcə yaxşı dada malik deyil, yaratdığı təsirə görə də sevilən içkidir.

Beyin gün ərzində adenozin maddəsini ifraz edərək sinir hüceyrələrindəki reseptorları yatırır. Beləliklə də, beyin yorğunluq hiss edir. Kafein isə adenozin maddəsinə müqavimət göstərir və reseptorları bloka alır. Buna görə də uzun müddət oyaq qalmaq mümkün olur.

Qaynadılmış qəhvə ilə dibçəkdəki güllərin dibində olan soxulcanları məhv etmək mümkündür. Kafein son dərəcə sürətlə təsir göstərən əsəb iflisedici qazdır. Ona görə də zərərli böcəkləri 24 saat ərzində çiçəklərdən uzaqlaşdırır.

Qəhvə qan təzyiqini, bədən temperaturunu normallaşdırır, ürəkdə qan dövranını yaxşılaşdırır, bronxları genişləndirir və yağların yanma sürətini artırır. Qan dövranını sürətləndirməsi səbəbindən əzələ ağrılarını azaldır.

Qəhvədən sadəcə içki kimi deyil, gözəllik vasitəsi kimi də faydalanmaq olar. Qəhvə üzə vurulduqda qan dövranını sürətləndirir və qırışların yaranmasının qarşısını alır. Qəhvənin dəriyə çox müsbət təsiri var. Məsələn, bahalı kremlər əvəzinə qəhvədən istifadə etmək mümkündür. Tanınmış modellərin sirri qəhvədən sellülitə qarşı istifadə etmələrindədir. Üst baldır nahiyəsinə masaj edilərək çəkilən qəhvə streç materialla sarınır. Bu, dərini tarımlayır və təmizləyir.

Saçınızı qəhvə ilə yaxalasanız, vannadan sonra saçlarınız çox gur görünüş alacaq. Saç kökləri güclənir və saçların uzanması sürətlənir.

Çayın təsiri isə onun dəmlənmə müddətinə bağlıdır. Çay yarpaqlarında da tez sorulan kofein mövcuddur. Əgər çay sadəcə 2 dəqiqə dəmlənirsə, tonuslayıcı təsir göstərir. 5 dəqiqədən daha artıq dəmlənən çay isə sakitləşdirici təsir göstərə bilər.

Çayın faydalarına baxarkən onun dərman kimi təsir gücünə malik olduğunu görürük.

Çay, diş məcunu kimi çoxlu sayda floroitə malikdir. Çaydakı tanin turşusu dişlərə qoruyucu təsir göstərir, onların üzərində qoruyucu bir təbəqə yaradaraq diş daşının yaranmasının qarşısını alır.

Çay vanna qəbulu zamanı istifadə olunduqda iltihabəleyhinə və sakitləşdirici təsir göstərir.

Xəbər lenti

Xəbər lenti