...

"Ağıllı plastır" invaziv diaqnostikaya son qoyacaq

Maraqlı Materials 27 Mart 2012 20:01 (UTC +04:00)
İnsan tükü qalınlığında olan plastır standart həkim müayinəsini əvəz edəcək.
"Ağıllı plastır" invaziv diaqnostikaya son qoyacaq

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir X.Murtuzayeva/

İnsan tükü qalınlığında olan plastır standart həkim müayinəsini əvəz edəcək. Buna ABŞ-ın İllinoys Universitetinin professoru Con Rocers əmindir. Bu barədə Trend "The Daly Mail"-ə istinadən məlumat verir.

Belə ki, plastır ürək ritmini, susuzlama səviyyəsini (diabetin və ürək probleminin simptomu), temperaturu, əzələlərin yığılmasını və digər əsas həyat göstəricilərini yoxlayır.

İlk dəfə 12 il əvvəl yaradılan elektron plastırları həm xəstə, həm də sağlam, eləcə də müxtəlif problemlərə malik şəxslərə tətbiq etmək olar. Plastırlar müasir nəhəng diaqnostika aparatlarından daha rahatdır və sağlamlığın vəziyyətini müəyyən etmək üçün tamamilə qeyri-invaziv üsul təklif edir.

Plastırlar mobul telefon və ya noutbukun mikroçiplərini xatırladır. Onlar hərəkəti çətinləşdirmədən uzadılma qabiliyyətinə malik silikon plyonkadan hazırlanır. Plastır toplanan məlumatı kompüter və ya mobil telefona ötürərək müalicə prosesinin necə sürətlə getdiyini həkimə göstərir. Plastırın sonuncu modelinə sabun, su və tər təsir göstərmir. 10 günlük istifadədən sonra o özü təbii şəkildə əriyib gedir.

Xəbər lenti

Xəbər lenti