...

17 yaşlı gənc "iPhone" və "iPad" almaq üçün böyrəyini satıb

Maraqlı Materials 7 Aprel 2012 16:14 (UTC +04:00)
Çində 17 yaşlı gənc "iPhone" və "iPad" almaq üçün böyrəyini satıb.
17 yaşlı gənc "iPhone" və "iPad" almaq üçün böyrəyini satıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Salmanov/

Çində 17 yaşlı gənc "iPhone" və "iPad" almaq üçün böyrəyini satıb. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.

Hadisə gəncin ailəsinin sözügedən qurğuları necə əldə etməsi üzrə istintaqa cəlb edilməsi zamanı məlum olub.

Çenqcu şəhərinin müstəntiqləri qanunsuz orqan ticarəti ilə məşğul olan 5 nəfəri məhkəməyə verib. Onlar 17 yaşlı lisey şagirdinin böyrəyini alaraq ona qəsdən zərər verməkdə təqsirli bilinirlər.

Şahidlər arasında bir cərrah, xəstəxana əməkdaşı və orqan brokerləri var. İstintaq zamanı brokerlərdən birinin böyrək üçün 35 min dollar aldığı, şagirdə isə 3500 dollar verdiyi aşkar edilib.

Qeyd edək ki, Çində 1,5 milyon nəfərin orqan nəqlinə ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti